AZ

ABŞ, Aİ-ni Rusiyadan palladium və titan idxalını qadağan etməyə sövq edir- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Avropa İttifaqını Rusiyadan palladiun və titan idxalını qadağan etməyə təşviq edir ki, bu da Avropanın yüksək texnologiyalı sənayesinə ciddi zərbə vuracaq. Məlumatlara görə, titan aviasiya və atom sənayesinin, palladium isə çip istehsalı və avtomobil katalizatorlarının istehsalının əsas tərkib hissəsidir.

Bu strateji əhəmiyyətli materialların Rusiyadan Avropaya idxalının qadağan edilməsi təklifi G7 maliyyə nazirlərinin müavinlərinin ABŞ-nin paytaxtında keçirilən görüşündə irəli sürülüb. ABŞ özü yalnız rus titanından imtina edib, palladium almağa isə davam edir.

"Norilsk Nickel" dünya üzrə palladiumun 40%-ni istehsal edir. Titan istehsalında isə Rusiya üçüncü yerdədir, yalnız Çin və Yaponiyadan geri qalır.

Zapusk Group-un icraçı direktoru Aleksey Raviskiy 2023-cü ildə ABŞ-nin rus titanının idxalını beş dəfə, 47 milyon dollara qədər azaltdığını xatırladıb. Avropaya idxal isə 250 milyon dollara çatır. Sanksiyalar ilk növbədə Fransa, Almaniya və Böyük Britaniyanın hava, kosmik və avtomobil sənayesi üzərində ağır təsir göstərəcək.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MGIMO) İqtisadi Tədqiqatlar Departamentinin baş mütəxəssisi Svetlana Sazanova bildirib ki, London rus titanını Kanada və Avstraliyadan alınan materiallarla əvəz edə bilər. Lakin Almaniya və Fransa daha baha olan digər təchizatçılardan alış etməli olacaqlar.

Bu arada, Rusiya Aİ üçün palladium əsas təchizatçısı olaraq qalır. Qadağa katalitik neytrallaşdırıcıların istehsalına mənfi təsir göstərəcək. MGIU-nun hüquqi tənzimləmə kafedrasının dosenti Pyotr Çuvaxin hesab edir ki, Avropa Cənubi Afrika Respublikası, Zimbabve və ya Kanadaya yönələ bilər. Ancaq qısa müddətdə bu ölkələr Avropanın idxal itkilərini qarşılamaqda çətinlik çəkəcəklər.

Mümkün qadağa artıq palladium qiymətlərini artırıb, bu il palladiumun qiyməti 25%-dən çox artaraq 1240 dollardan yuxarı olub. Sanksiyaların tətbiqi onun qiymətinin daha 50% artmasına səbəb olacaq. Yeni qadağalar Avropaya, artıq iqtisadi geriləmə ilə üzləşən bir bölgəyə, daha çox çətinliklər və resesiyaya səbəb olacaq.

Daha əvvəl politoloq Sergey Stankeviç titan ixracına qoyulan məhdudiyyətlərin Qərb müdafiə sənayesinə zərbə vuracağını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
113
22
olaylar.az

10Mənbələr