AZ

Şimali Koreya Rusiyaya 10 min əsgəri niyə göndərib? - "Əvəzində ərzaq alacaq, hərbçilərin hər birinə isə 2 min dollar maaş ödəniləcək"

"Şimali Koreya Rusiyaya Ukrayna müharibəsində dəstək üçün 10 min hərbçi göndərməsinin səbəbi gizli anlaşmadır. Şimali Koreya bunun əvəzində Rusiyadan 700 min tona yaxın qida yardımı alacaq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya kəşfiyyatı və hərbi rəsmiləri məlumat yayıb.

Cənubi Koreyanın Moskvadakı keçmiş səfiri və parlament üzvü Wi Sung-lac bəyan edib ki, Şimali Koreya Rusiyanın dəstəyi ilə maliyyə və ərzaq böhranını xeyli yüngülləşdirib: "Üstəlik, Rusiya tərəfində döyüşən Şimali Koreya əsgərlərinə aylıq 2000 dollar maaş verilir və hazırda ən azı 10 min əsgərdən söhbət gedirsə, bu, Şimali Koreyaya ildə 200 milyon dollardan çox gəlir gətirmək deməkdir. Eyni zamanda, tərəflər arasına hərbi anlaşamanın gizli başqa tərəfləri də var. bu isə hər iki tərəfi qazanclı çıxaırır".

Samir Musayev
MİA.AZ

Seçilən
34
mia.az

1Mənbələr