AZ

Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları təsdiqlənib

Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları təsdiqlənib.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin kollegiyası qərar qəbul edib.

Məqsəd heyvanların həyat və sağlamlığının qorunması, heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısını almaqdır.

Qaydalar heyvan bazarlarında heyvanların pərakəndə və topdan satışı, qəbulu və müvəqqəti saxlanması ilə bağlı fəaliyyətə şamil edilir.

Seçilən
19
3
far.az

4Mənbələr