AZ

Riqada “Toxunmuş nar: möhtəşəm Azərbaycan relyef xalçaları” adlı sərginin açılış mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Noyabrın 1-də Latviyanın tanınmış incəsənət mərkəzlərindən birisayılan “Riqa Art Nouveau” muzeyində Azərbaycanın LatviyadakıSəfirliyi, “Azərxalça” ASC və Azərbaycan Fotoqraflar Birliyininbirgə təşkilatçılığı ilə “Toxunmuş nar: möhtəşəm Azərbaycan relyefxalçaları” adlı sərginin açılış mərasimi keçirilib.

Tədbirin açılışında çıxış edən Azərbaycanın Latviyadakı səfiriElnur Sultanov bildirib ki, sözügedən sərginin keçirilməsiLatviyada Azərbaycan mədəniyyəti ilə daha da yaxından tanışlıqnöqteyi-nəzərindən əlamətdar hadisədir və Azərbaycan və Latviyaarasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tarixinətəsadüf edir.

Diqqətə çatdırıldı ki, Azərbaycan mədəniyyətində əhəmiyyətli yertutan və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə ReprezentativSiyahısına daxil edilmiş ənənəvi xalçaçılıq sənəti və nar bayramısözügedən sərgidə təqdim olunub.

Qeyd olunub ki, 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminəhəmrəylik ili” elan edilmiş və ölkəmiz COP29 kimi mötəbərbeynəlxalq iqlim tədbirinə ev sahibliyi etmək astanasındadır.Sərginin ətraf mühit sahəsində maarifləndirmə və dayanaqlı inkişafkimi məqsədləri təşviq etdiyi diqqətə çatdırıldı və bu xüsusda,“Azərxalça” ASC-nin ekoloji cəhətdən dayanaqlılıq prinsiplərinəsadiq olduğu qeyd olundu.

Tədbirdə çıxış edən Muzeyin Direktoru Aqrita Tipane artıq “RiqaArt Nouveau” muzeyində Azərbaycan mədəniyyətinə dair ikincisərginin keçirildiyini, nümayiş etdirilən xalçaların bənzərsiz vəcanlı xüsusiyyətlərə malik olduğunu, Azərbaycan xalçaçılıqsənətinin və nar bayramının Latviyada böyük maraq doğurduğunusöyləmişdir. O, bu yaxınlarda Səfirlik tərəfindən Latviyaictimaiyyətinə təqdim edilmiş “UNESCO-da Azərbaycanın əbədisərvətləri” adlı kitabından söz açaraq, ölkəmizin zəngin mədəniyyətirsinə sahib olduğunu vurğulayıb.

Çıxış edən digər natiqlər bu sərginin Azərbaycan irsnümunələrinin keçmiş və gələcək arasında uğurlu sintez yaratdığını,xalçaların ənənəvi və müasir yanaşmaların təcəssüm etdiyini və narrəmzinin dərin mənaya malik olduğunu qeyd ediblər.

Tədbir iştirakçılarına “Bağçada meyvələr” kolleksiyası,“Azərxalça” ASC-nin fəaliyyəti və nar bayramı haqqında videoçarxlartəqdim olunub.

Qeyd olunmalıdır ki, 3D texnologiyası ilə toxunmuş narlıxalçalar “Azərxalça” ASC-nin gənc rəssam Samirə Allahverdiyeva iləbirgə əməkdaşlıq layihəsi olan “Bağçada meyvələr” kolleksiyasındanilhamlanaraq yaradılıb. Sərgidə xalça sevərlərin diqqətinə müxtəlifölçülü və dizaynlı üç narlı xalça təqdim olunub.

Eyni zamanda, Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə narmövzusuna dair foto sərgi də təşkil olunub.

Tədbirin sonunda milli mətbəximizin ləziz təamları, o cümlədənQeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdolma və çay süfrəsi, həmçinin nar məhsulları iştirakçılara təqdimedilib.

Tədbirdə Latviya Parlamentinin üzvləri, dövlət qurumlarınnümayəndələri, diplomatik missiyaların rəhbərləri, yerli mədəni,ictimai və media dairələrin təmsilçiləri, Latviyada yaşayanAzərbaycan icmasının üzvləri iştirak ediblər.

Sərginin qapıları bir ay ərzində ictimaiyyət üçün açıqolacaqdır.

Riqada
Riqada
Riqada
Riqada
Seçilən
19
2
az.trend.az

3Mənbələr