AZ

Bədəndə qaşınmalar  qaraciyərdən ola bilər?

Bədəndə Bədəndə qaşınmalar

Qaraciyər bədənimizdə bir çox funksiyalar üzrə cavabdeh olan çox əhəmiyyətli bir orqandır. Qaraciyərdə bir zədə meydana gələndə bədənimiz müxtəlif işarələr verir.

Bu barədə E-saglam.az-a açıqlamasında hepatoloq Tofiq Əkbərov məlumat verib.

Onun sözlərinə görə, bədənin yuxarı hissəsində, bel, kürəkdə qaşınma qaraciyər problemlərindən xəbər verə bilər:

"Qaraciyər çatışmazlığı olduqda filtr prosesi işləmir, qana toksiki maddələr keçir. Qanda arzuolunmaz maddələr artanda birinci reaksiyanı dəri göstərir. Nəticədə qaşınma başlayır. Qaraciyər orqanizmin əsas fabrikidir. O pis işlədikdə, qalıqlar, toksinlər qanda toplaşır. Əgər qaşınma nəzarətə alınmazsa, dırnaqlar dərinin tamlığını pozub neyrodermitə səbəb ola bilir. Qıcıqlanmış dəridə infeksiya və ayrıca dəri xəstəlikləri yaranır. Bu isə xəstəyə əlavə problemdir".

Həkim tövsiyə edib ki, hər bir insan vaxtaşırı qaraciyərin sağlamlığını müayinələrlə yoxlamalıdır.

Könül Oruc

E-saglam.az

Seçilən
16
e-saglam.az

1Mənbələr