AZ

“İlkinin atası savadsız həkimlərin ucbatından öldü”

Aktyor Nicat Rəhimov həmkarı İlkin Miskərlinin ölkədə məşhurlaşan “Qılman" obrazından söz açıb.

OLAY yazır ki, bu haqda Nicat qonaq olduğu “İzzət şou” verilişində danışıb.

Rəhimov bildirib ki, Miskərlinin bu obrazı yaratmasına səbəb atasının vəfat etməsi olub:

“İlkin obrazı elə-belə yaratmayıb. Savadsız həkimləri nümayiş etdirir. İlkinin atası savadsız həkimlərin ucbatından rəhmətə getdi”.

İlkin isə həmkarının bu sözlərinə cavab olaraq “Dedim ki, səni biabır edəcəyəm. Başqa nə edim? Lənkəranda xəstəxanada bir çəkiliş edirdik, həkim yaxınlaşdı ki, sənə nə etmişəm? Adı Qılman idi. Deyir, açırlar qapını, Qılman adını eşidib gedirlər” fikirlərini ifadə edib. 

Seçilən
8
11
olay.az

10Mənbələr