AZ

Beyin sağlamlığı üçün nə qədər məşq etmək lazımdır?

Santa Barbaradakı Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, 30 dəqiqədən az davam edən məşqlər idrak qabiliyyətlərini stimullaşdıra bilir.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələri Milli Tibb Kitabxanasında (NLM) dərc edilib. Alimlər 18-45 yaş arası dörd min iştirakçının məlumatlarını ehtiva edən 113 elmi məqaləni təhlil etdikdən sonra bu qənaətə gəliblər.

İerarxik Bayesian modelindən istifadə edən bir araşdırma göstərib ki, hətta qısa məşq seansları (30 dəqiqədən az) idrak performansını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Həmçinin müəyyən edilib ki, intensiv məşq yaddaş və diqqəti stimullaşdırmaqda ən təsirli olur. Alimlər vurğulayıblar ki, müntəzəm idman 260-dan çox xəstəliyin, o cümlədən insult riskini azaldır, həmçinin koqnitiv fayda verir. Həm müntəzəm həftə içi idman, həm də həftə sonu idmanı bu faydalı təsirə malikdir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
57
2
editor.az

3Mənbələr