Futbol üzrə Azərbaycan Premyer Liqasının 3-cü turundan təxirə salınmış “Zirə” – “Araz-Naxçıvan” oyununun təyinatları bəlli olub.
Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın baş hakimi Rauf Cabbarov olacaq.
Ona yan xətt hakimləri Eyyub İbrahimov ilə Asiman Əzizli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamran Əliyev yerinə yetirəcək. VAR-da Nicat İsmayıllı, AVAR-da Kamran Bayramov əyləşəcəklər. Ramil Diniyev hakim-inspektor, İlham Əliyev AFFA nümayəndəsi kimi təyinat alıblar.
Qeyd edək ki, sözügedən qarşılaşma noyabrın 6-da Zirə İdman Kompleksinin stadionunda gerçəkləşəcək. Oyuna saat 19:00-da start veriləcək.
Qeyd edək ki, bu komandalar indiyə qədər milli çempionat çərçivəsində 5 dəfə qarşılaşıblar. Zirəlilər bu oyunlarda 1 qələbə qazandıqları halda, Naxçıvan təmsilçisi 2 dəfə 3 xala sevinib. Daha 2 görüş “sülh”lə yekunlaşıb. “Zirə” evdə qol vurmayıb. “Araz-Naxçıvan” son iki görüşdə xal qazanıb.
Azərbaycan Premyer Liqası
3-cü turun oyunu
6 noyabr
“Zirə” – “Araz-Naxçıvan”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Asiman Əzizli, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 19:00.