AZ

"Almet Baku" ASC məhkəməyə verilib

“Almet Baku” ASC barəsində gömrük qaydaları əleyhinə inzibati xəta protokolu tərtib olunub.

Fins.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə irəli sürülüb. Bu maddəyə əsasən, gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 1500 manat məbləğində cərimə edilir.

İş Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanov tərəfindən araşdırılacaq.

Fuad Mədətov
Fins.az

Seçilən
75
2
fins.az

10Mənbələr