Qatarın üstünə minən 17 yaşlı gənc körpüyə çırpılıb və ölüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə Avstriyada baş verib.
Belə ki, Avstriyada qatarla gedən 13-18 yaşlı 4 gəncin video həvəsi fəlakətlə nəticələnib. Oktyabrın 29-da paytaxt Vyananın Schönbrunn stansiyası yaxınlığında baş verən hadisədə, hərəkət edən qatarın üstünə minən iki gənc qatarın piyada körpüsünə yaxınlaşdığı anda ayağa qalxıb.
Gənclərdən birinin qışqıraraq qatarın üstündəki dostlarını xəbərdar etməyə çalışmasına baxmayaraq körpüyə çırpılmalarına mane ola bilməyib. Yeniyetmələrdən biri təcili dayanma düyməsini basdıqdan sonra qatar dayanıb və hadisə yerinə təcili yardım qrupu göndərilib.
Hadisə nəticəsində ağır yaralanan iki yeniyetmə xəstəxanaya yerləşdirilib. Gənclərdən biri ağır, digəri isə yüngül xəsarətlə xəstəxanaya yerləşdirilib.
Reanimasiya şöbəsində müalicə olunan 17 yaşlı gəncin hadisədən 3 gün sonra öldüyü, digər 18 yaşlı gəncin isə müalicə olunduğu açıqlanıb.
Oksana