AZ

Ekspert: Tikintidə baş verən bədbəxt hadisələrin əksəriyyəti...

Gəncə şəhərindəki orta məktəblərin birində təmir-bərpa işləri aparan, 1984-cü il təvəllüdlü şəhər sakini N. Nəsibov iş zamanı məktəbin damından yıxılıb.
Oxu.Az-ın məlumatına görə, o, qapalı kəllə-beyin travması, döş qəfəsinin qapalı travması alıb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.           

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a açıqlamasında söyləyib ki, tikinti işləri apararkən təhlükəsizlik qaydaları ön planda olmalıdır: 

"Tikintidə əsas təhlükələr hündürlükdən yıxılma, ağır-tikinti materiallarının fəhlələrin, işçi və qulluqçuların üzərinə düşməsidir. Nəzərə almaq lazımdır ki, ağır tonajlı nəqliyyat vasitələrin hərəkəti zamanı təhlükəsizlik qaydalarına riayyət etməliyik. Yəni yüklərin altından keçmək olmaz. Çünki qaldırıcı qurğularla birlikdə materialların aşması insanlara böyük xəsarət yetirə bilər. Ona görə də tikinti, texniki, əməyin mühafizəsi qaydalarına, sanitar normalara əməl edilməlidir. Tikintidə baş verən bədbəxt hadisələrin əksəriyyəti hündürlükdə görülən işlərlə bağlı olur. Qeyd edim ki, iki metrdən yuxarıda görülən işlər hündürlükdə görülən işlər sayılır. Bu zaman mütləq qoruyucu kəmər bağlanmalı, qoruyucu sipərlər çəkilməli, ayaq altındakı dayaqlar möhkəm və dayanıqlı olmalıdır. Paralel olaraq  fərdi mühafizə vasitələri-kaska, ayaqqabı, əlçək, eynəyin xüsusi rolu var. Onları təyinatı üzrə istifadə etmək lazımdır. Məsələn, kaska  hündürlükdən düşə biləcək hər hansı bir parçanın insana zərər verməsinin qarşısını alır. Bütün bu avadanlıqları isə işə götürən tərəf işçiyə verməyə borcludur".
Seçilən
39
sherg.az

1Mənbələr