AZ

Neft və Sənaye Universiteti ilə Qazaxıstanın ali təhsil müəssisələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rəhbərliyi Qazax Milli Universitetində keçirilən “QS Ali Təhsil Pre-sammiti: Asiya Sakit Okean 2024”də iştirak edib. Tədbir QS Beynəlxalq Reytinq Agentliyinin təşkilatçılığı ilə keçirilib.

ADNSU-dan TƏHSİL.BİZ - ə bildirilib ki, pre-sammit çərçivəsində universitetin rektor əvəzi dosent Vazeh Əskərov bir sıra görüşlər keçirib.

Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbeklə keçirilən görüşdə müasir təhsil sahəsindəki yeniliklərdən bəhs edilib.

V.Əskərovun Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru professor Janseit Tuymabayevlə görüşündə əməkdaşlıq məsələləri, professor-müəllim heyəti, tələbələr və əməkdaşların mübadilə proqramları müzakirə edilib.

ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov sammit çərçivəsində, həmçinin “Quacquarelli Symonds”un (QS) regional direktoru Sergey Xristolyubovla və agentliyin məsul şəxsləri ilə görüşüb. Əməkdaşlıq əlaqələrinin müzakirə olunduğu görüşdə ADNSU-nun QS reytinqində ön sıralara irəliləməsinin daha uğurlu perspektiv vəd etdiyi diqqətə çatdırılıb.

Neft və Sənaye Universitetinin rektor əvəzi Qazaxıstan-Britaniya Universitetinin rektoru ilə Qabdullin Maratbeklə görüşüb. Tərəflər əməkdaşlıq imkanlarını müzakirə ediblər, birgə elmi tədqiqat işlərinin aparılması, elmi layihələrin icrası barədə fikir mübadiləsi aparıblar. Həmçinin əməkdaşlıq istiqamətləri üzrə müvafiq yol xəritəsinin hazırlanmasının vacibliyi qeyd edilib.

Nümayəndə heyəti Qazax - Britaniya Texniki Universitetini gəzib, universitetin maddi-texniki bazası ilə tanış olub.

Seçilən
26
tehsil.biz

1Mənbələr