AZ

Sandu Moldovada keçirilən prezident seçkilərində 55,33 faiz səslə qalib gəlib

Moldovada keçirilən seçkilərdə protokolların 100%-i hesablandıqdan sonra hazırkı prezident Maya Sandu 55,33% səslə qalib gəlib. Bu, MSK-nın 4 noyabr tarixli məlumatından görünür.Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, onun rəqibi, əslən Qaqauziya, Moldovanın keçmiş baş prokuroru, müxalifətdə olan Sosialistlər Partiyasının namizədi Aleksandr Stoyanoqlo 44,67% səs toplayıb.

Sandu Qərbyönlü Fəaliyyət və Həmrəylik partiyası tərəfindən dəstəklənir.

Oktyabrın 20-də keçirilən birinci turda 11 namizəddən heç biri 50%-lik baryeri keçə bilmədiyi üçün Moldovada seçkilərin ikinci turu noyabrın 3-də keçirilib.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
35
8
missiya.az

10Mənbələr