AZ

Avtobuslar bu küçədəki dayanacağa yaxınlaşa bilmir: Sakinlər və tələbələr narazıdır - VİDEO

Paytaxtın bəzi küçə və prospektlərində yerdəki nişanlama xətləri düzgün çəkilmədiyi üçün sürücülər bir çox hallarda çətinliklər yaşayır. İctimai nəqliyyatdan istifadə edən vətəndaşlar da bu xətalara görə problemlərlə üzləşirlər.

Avtosfer.az xəbər verir ki, belə ərazilərdən biri Bakının Nəsimi rayonu Hənifə Ələsgərov küçəsindədir.

Belə ki, bu küçədə yerləşən Azərbaycan Tibb Unviersitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının yanındakı dayancaq formal xarakter almağa başlayıb. Sosial şəbəkələrdə həm universitet tələbələri, həm də ərazidə yaşayan digər vətəndaşlar bu mövzuda şikayətlərini bildiriblər. Əməkdaşımız ərazidəki vəziyyəti müşahidə etmək üçün çəkiliş aparıb və şikayətlərin həqiqi olmasısını dəqiqləşdirib.

Hənifə Ələsgərov küçəsində ATU-nun nəzdindəki bu klinikanın hasarına bitişik dayanacaq yerləşdirilib. Həm 3, həm 17, həm də 33 nömrəli marşrutların yol xəritəsində bu adda (ATU Tədris Cərrahiyyə Klinikası) dayanacaq var, lakin heç bir avtobus bu dayanacaqda saxlamır, yolun sol zolağını götürüb işıqfordan sonra sola, yəni Mərdanov qardaşları küçəsinə dönür və Heydər Əliyev Adına Məktəb Lisey Kompleksinin qarşısında saxlayır və ərazidən istifadə edənlər uzun məsafəni geri qayıtmalı olurlar.

Mövzu ilə əlaqədar həmin marşrut xətlərinin tabe olduğu “BakuBus” MMC ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Əsmər Əliyeva saytımıza açıqlamasında bildirib ki, qeyd olunan marşrut xətti üzrə hərəkət edən avtobuslar Hənifə Ələsgərov küçəsindəki həmin dayanacağa daxil ola bilməməsinə səbəb odur ki, orta zolaqda yerdəki nişanlama xətti yalnız düzünə istiqaməti, dayanacağın yerləşdiyi hissədə isə zolaqda yalnız sağa istiqaməti göstərir. Əgər avtobuslar həmin dayanacağa daxil olsalar, bu zaman sola dönə bilməyəcəklər. Bu səbəbdən də avtobuslar dayanacağa yaxınlaşa bilmirlər.

Əməkdaşımızın Hənifə Ələsgərov küçəsindən çəkdiyi həmin görüntüləri sizə təqdim edirik:

Səfər

 

Seçilən
31
avtosfer.az

1Mənbələr