AZ

Nura Suri: "Özünə hörmət edən sənətkarlar efirə çıxmır, çünki..."

Müğənni Nura Suri bu dəfə televiziya verilişlərindən və aparıcılardan şikayətlənib.

Müğənni sosial media hesabında qeyd edib:
"Televiziya verilişlərimizin çoxu bayağıdır, indi dəbdə olan mahnılar kimi. Bunların səbəbkarı aparıcılardan çox veriliş redaktorları və prodüserləridir. Layihə rəhbərləri və sponsorlardır günahkar.
Aparıcılar gələn qonaqlardan daha çox danışırlar, suallar və mövzu heç kəsin marağın cəlb etmir. Bütün kanallarda eyni tipli verilişlər (İTV xaric) və eyni qonaqlar. Özünə hörmət edən sənətkarlar artıq efirə çıxmır.
Dövlət bu işə diqqət və büdcə ayırmalıdır. Yeni bir qurum yaradılmalıdır: gənc, istedadlı, savadlı insanlar cəlb olunmalıdır, yetişdirilməlidir".
Seçilən
26
4
yenilik.az

6Mənbələr