AZ

Qazaxda avtomobil yolu keçmək istəyən qadını vurdu

Qazaxda piyadanın vurulması ilə nəticələn yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1957-ci il təvəllüdlü H.Məmmədovanı vurub. Piyada  xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
23
14
unikal.az

10Mənbələr