AZ

Samir Bağırov: "Sonra özümə gələ bilmirdim ki, mən nə etdim, nə söz dedim?"

"50 yaşdan sonra şəxsi həyatdan danışmaq eyibdir. Mən səmimi insanam. Amma bu sənətdə yalan danışmalısan".

Kulis.az xəbər verir ki, bu sözləri tanınmış müğənni Samir Bağırov verilişlərin birində sənəti ilə bağlı suala cavab verərkən deyib:

"Bizim sənət belədir, hər zaman cavan qalmalıyıq. Heç kimi günahlandırmıram. Nə oldu, səbəbkar mənəm. Diqqətsizliyə fikir vermirəm. Əsas səbəb budur ki, sənətə qarşı münasibətim dəyişdi. Uşaqlıqdan oxumaq, müğənni olmaq böyük arzum idim. Təəssüf ki, bilmədim bu sənət sərt, çirklidir. Yaxşı insanlar üçün deyil. Yaxşı, səmimi biri yaşaya bilməz, yox edəcəklər onu. Səhnə təbii daş qəbul etmir, sünini qəbul edir. Maska taxmalısan burada. Hər çıxan insan özü olmur, maska taxır. Sənətdə uğurlu olmaq istəyirsənsə qara tərəfdə olmalısan. Bəzən sanki içimə şeytan girirdi. Sonra özümə gələ bilmirdim ki, mən nə etdim, nə söz dedim? Bu, mən deyiləm. 50 yaşdan sonra şəxsi həyatdan danışmaq eyibdir. Mən səmimi insanam. Amma bu sənətdə yalan danışmalısan" reaksiyasını verib".

Seçilən
27
4
kulis.az

9Mənbələr