"Düşünmürəm ki, müzakirə zamanı məhbusları qaytarmaq və ya başqa yolla Ermənistan üçün müsbət addım atmaq imkanı yaranarsa, gecikdirməli və belə bir addım atmayaq".
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Ermənistanın dəvəti qəbul edib COP29-da iştirak etməsi ilə bağlı suala cavabında deyib.
O, Bakıya getməsi üçün məhbusların qaytarılmasının mümkün olub-olmaması sualına münasibət bildirərkən bildirib: "Biz yaşayıb görəcəyik. Mən tələsmək, hər hansı bir şəkildə irəli getmək istəmirəm, amma bu istiqamətdə (sülh müqaviləsi - red.) israrla davam edəcəyik və çalışacağıq. Bu müddət ərzində elə hallar olub ki, həqiqətən də vəziyyət dalana dirənmiş kimi görünürdü, amma biz oturub sözbəsöz müzakirə etdik, işimiz budur və kiçik addımlarla irəlilədik".