AZ

Ankarada “Qarabağdan Zəngəzura” adlı panel təşkil olunub - FOTO

Ankara şəhərində şanlı zəfərimizin növbəti ildönümü münasibətilə "Qarabağdan Zəngəzura" adlı panel təşkil olunub.

Day.Az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF), Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin birgə təşkil etdiyi tədbirdə əvvəlcə iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi yad olunub, Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin sədri Arzuman Azaflı və TADEF-in sədr müavini Səttar Kayanın açılış nitqlərindən sonra Vətən müharibəsindən bəhs edən videoçarx göstərilib.

 

Daha sonra Bursa Uludağ Universitetinin professoru Mehmet Yüce Qarabağ və Zəngəruzun geostrateji və geoiqtisadi əhəmiyyətindən danışıb. O, Azərbaycanın Türk dünyasındakı və Türk Dövlətləri Təşkilatındakı (TDT) mövqeyi, o cümlədən Qarabağın Türk dünyası üçün strateji əhəmiyyəti haqqında təqdimatla çıxış edib.

Digər məruzəçi, Ankara Universitetinin professoru Cavid Abdullazadə Zəngəzur dəhlizi və qərbi azərbaycanlıların öz dədə-baba yurduna qayıdışının hüquqi aspektlərindən söz açıb.

Tədbir Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin sədri Arzuman Azaflı tərəfindən məruzəçilərə təşəkkürnamələrin təqdim edilməsi ilə başa çatıb.

  • Ankarada
  • Ankarada
  • Ankarada
  • Ankarada
  • Ankarada
  • Ankarada
  • Ankarada
  • Ankarada
  • Ankarada
  • Ankarada
  • Ankarada
  • Ankarada
  • Ankarada
  • Ankarada
  • Ankarada
  • Ankarada
  • Ankarada
  • Ankarada
Seçilən
18
1
day.az

2Mənbələr