AZ

Azərbaycanda son 8 mövsümün antirekordu qeydə alındı

Misli Premyer Liqasının 12-ci turu aşağı məhsuldarlıqla əlamətdar olub. Keçirilən 5 görüşdə 5 qol vurulub. 

News24.az QOL.az-a istinadən xəbər verir ki, yalnız “Şamaxı” – “Zirə” görüşündə (0:2) iki qol qeydə alınıb. “Neftçi” – “Araz-Naxçıvan” (0:1), “Kəpəz” – “Səbail” və “Sumqayıt” – “Sabah” (hər ikisi 1:0) matçlarında bir top vurulub. “Turan Tovuz”la “Qarabağ”ın görüşü qolsuz bitib. Turda orta məhsuldarlıq 1,00-a bərabər olub.

Bu, son 8 mövsümün antirekordudur. Həm eyni, həm də daha aşağı məhsuldarlıq sonuncu dəfə 2016/17 mövsümündə yaşanıb. Həmin vaxt 4 matçın keçirildiyi XXII turda 4 (orta məhsuldarlıq 1,00), II turda cəmi 3 (orta məhsuldarlıq 0,75) qol qeydə alınıb.

Seçilən
11
15
news24.az

10Mənbələr