AZ

Əli Əsədov Mişustinlə danışdı

Azərbaycan və Rusiyanın hökumət başçıları Əli Əsədov ilə Mixail Mişustin arasında telefon danışığı olub və onlar ikitərəfli əməkdaşlığın cari məsələlərini müzakirə ediblər.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabineti məlumat yayıb.

“Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov arasında telefon danışığı olub. Hökumət başçıları Rusiya-Azərbaycan ticari-iqtisadi, elmi-texniki əməkdaşlığının cari məsələlərini müzakirə ediblər”, - məlumatda vurğulanıb.

Seçilən
81
14
publika.az

10Mənbələr