1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA) Avropa Liqası çərçivəsində "Beşiktaş" - "Makkabi Təl-Əviv" matçının İstanbulda keçirilməməsinə qərar verib.
Oxu.Az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Məlumata görə, həftənin sonuna kimi matçın keçiriləcəyi ölkə və stadion müəyyənləşəcək.
Qeyd edilir ki, UEFA qərarı İsrail komandasının Türkiyədəki təhlükəsizliyinə əmin olmadığı ilə əsaslandırıb.