AZ

40 yaşlı qadın əvvəlcə bıçaqlandı, sonra boynu sındırıldı... – Dəhşətli qətlin TƏFƏRRÜATLARI VİDEO

40 yaşlı qadın əvvəlcə bıçaqlanıb, daha sonra isə boynu sındırılaraq öldürülüb.

Xezerxeber.az xəbər verir ki, hadisə ötən gecə saat 23:00 radələrində paytaxtın Xəzər rayonunda baş verib. Hadisəni törətməkdə qadının oğlu şübhəli bilinir.

Qohumlarının verdikləri məlumata görə, qətlə yetirilən Zəminə Beybudlu Yardımlı rayon sakini olub. O övladı, 20 yaşlı Sadiq Beybudlunun ailəsi ilə Şüvəlanda kirayədə qalıb. O da bildirilir ki, hadisəni törətməkdə şübhəli bilinən Sadiq Beybudlu anasının tanışı, 39 yaşlı Elvin Allahverdiyevin əlinə də taxta parçası ilə xəsarət yetirib. Qohumlarının iddialarına görə, həmin şəxs qətlə yetirilən qadının ikinci həyat yoldaşı olub.

Qonşular deyirlər ki, onlar uzun illərdir burada yaşayırmışlar.

Faktla bağlı cinayət işi başlanıb, Sadiq Beybudlu şübhəli şəxs qismində saxlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
56
xezerxeber.az

1Mənbələr