Yaponiya Kosmik Tədqiqat Agentliyi (JAXA) müdafiə rabitə peyki daşıyan “H3” raketini kosmosa göndərdi. JAXA "Kirameki-3" müdafiə rabitə peykini daşıyan dördüncü “H3” raketini Taneqaşima Kosmik Mərkəzindən buraxdı. Raket "Kirameki-3" peykini təxminən 36 min kilometr yüksəklikdəki orbitə yerləşdirəcək.
SİA-nın məlumatına görə, hava şəraitindən minimal dərəcədə təsirlənən "Kirameki-3" yüksək sürət və hündürlükdə rabitə imkanı təqdim edir.Peyk münaqişə və ya fəlakət hallarında hərbi vasitələrə və birliklərə görüntülərin maneəsiz çatdırılması da daxil olmaqla sürətli məlumat mübadiləsi təmin edə bilir. "Kirameki-3" peyki Yaponiya Özünümüdafiə Qüvvələrinin (SDF) Hind-Sakit okean bölgəsindəki fəaliyyətlərinə dəstək olacaq. Yapon dilində "parıltı" mənasını verən "kirameki"nin 1 və 2 nömrəli peykləri hazırda orbitdə xidmətini davam etdirir.