AZ

Almaniyada Əlişir Usmanovla bağlı araşdırma dayandırılıb

Almaniyanın Frankfurt-Mayndə prokurorluğu rusiyalı oliqarx və Putinin dostu Əlişir Usmanovun çirkli pulların yuyulması ilə bağlı istintaqı dayandırıb.

HİT.az-ın məlumatına görə, onun vəkilləri bildiriblər ki, iki il yarımdan çox müddət ərzində istintaq ona qarşı irəli sürülən əsas ittihamları, o cümlədən çirkli pulların yuyulması ittihamlarını sübut edə bilməyib

Oliqarxın vəkilləri Uve Lembruk və Markus Qetzens deyib: "Biz həmişə müvəkkilimizin günahsızlığında israr etmişik".

Onlar prokurorluğun qərarını Putinin dostunun reputasiyasının qorunması yolunda mühüm addım adlandırıblar.

Frankfurt prokurorluğu təhqiqatla bağlı sualları federal prokurorlara göndərib, lakin onlar oradakı vəziyyəti şərh etməyiblər.

"Bloomberg Billionaires Index"ə görə sərvəti 14,4 milyard dollar olan Usmanov sərvətini mədənçilik, istehsalat, telekommunikasiya və media sahələrində qazanıb.

Oliqarx Əlişir Usmanov Avropa İttifaqı və Böyük Britaniyanın sanksiya siyahısına daxil edilib. Milyarderin bütün aktivləri dondurulub, onun ölkəyə girişi qadağan edilib.

Avropa sanksiyaları əsasında oliqarxın yaxtalarına həbs qoyulub, Almaniyada ona qarşı iki istintaq işi açılıb. Onun Britaniyadakı mülkləri arasında hökumət Londonun şimalındakı "Beechwood House" lüks evini və Surreydəki "Sutton Place" mülkünü siyahıya salıb.

İki il əvvəl alman hüquq-mühafizə orqanlarının əməkdaşları sanksiyaya məruz qalmış rusiyalı milyarder Əlişir Usmanova məxsus 30 rəsm əsərini ələ keçiriblər. Sənət əsərlərinin ümumi dəyəri 5 milyon avro dəyərində qiymətləndirilir.

Samir

Seçilən
7
2
hit.az

3Mənbələr