AZ

Vəkil müvəkkilin xüsusi ittiham qaydasında məhkəməyə verdi

Müğənni Dəniz Əsədovanın xüsusi ittiham qaydasında məhkəməyə verilməsinin təfərrüatları bəlli olub. 

Təfərrüatları Qaynarinfo-ya müğənninin özü açıqlayıb. 

Dəniz Əsədova bildirib ki, onu məhkəməyə verən vəkil Emin Kiçibəyovdur. Müğənninin iddiasına görə, ona hüquqi yardım göstərməsi üçün Emin Kiçibəyovla müqavilə bağlayıb. Bunun müqabilində vəkilə 10 000 manat pul verib. Lakin Emin Kiçibəyov öhdəliklərinə əməl etməyib:

"Emin Kiçibəyov demişdi ki, dələduzluğa uğradığım cinayət işində zərərçəkmiş qismində tanınmamı təmin edəcək. Lakin bu baş vermədi. Digər tərəfdən, Vəkillər Kollegiyasına onunla bağlı etdiyim şikayət araşdırlarkən məlum olub ki, müqavilə üçün sadəcə 500 manat ödəyib. Mən də bundan sonra Emin Kiçibəyovin barəsində hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Bu gün də Baş Prokurorluğa müraciət etdim. İndi məni məhkəməyə verir ki, guya ona böhtan atmışam. Halbuki mənim şahidlərim var".

Qaynarinfo Emin Kiçibəyovla da əlaqə saxlayıb. Vəkil bildirib ki, Dəniz Əsədovanın ittihamları əsassızdır:

"Bəli mən ona hüquqi yardım göstərmişəm. Bir müqavilə əsasında məndən bir neçə işdə hüquqi yardım istəyirdi. Mən vəkil kimi işimi görmüşəm. Barəmdə Vəkillər Kollegiyasına şikayət etmişdi. Araşdırdılar və gördülər ki, dediklərinin heç bir əsası yoxdur. Hüquq-mühafizə orqanları da məsələni araşdırıb. Lakin məlum olub ki, ünvanıma səslənən ittihamlar əsassızdır".
 
Emin Kiçibəyovun sözlərinə görə, Dəniz Əsədova əsassız şikayətlərini davam etdidiyinə görə, o müğənnini xüsusi ittiham qaydasında məhkəməyə vermək məcburiyyətində qalıb:

"Mən haqlı olduğumdan əminən. Çünki onun dedikləri tamamilə əsassızdır".

Məlumat üçün deyək ki, Emin Kiçibəyov Lerik Rayon Məhkəməsinin sədri Atabəy Kiçibəyovun oğludur. 


Seçilən
18
azia.az

1Mənbələr