Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə Hindistan ordusu məlumat yayıb.
Qəza Aqora yaxınlığında adi təlim uçuşu zamanı baş verib. Pilot sağ qalıb və katapult etməyi bacarıb.
Hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.