Ferstappenin sərvəti 210 milyon avro həcmində dəyərləndirilir. Maks ötən il komandasından 64 milyon alıb. Bunun 41 milyonu əməkhaqqıdı, qalan hissəsi isə mükafat. Sponsorluq müqavilələri üzrə aldığı pul da pilotun gəlirlərinə ciddi təsir göstərib.
Yeri gəlmişkən, Ferstappen Meksika mərhələsindən sonra ona yönələn tənqidlərə cavab verməyi də lazım bilib.
Xatırladaq ki, niderlandlı pilot “Maklaren”dən olan Lando Norrisi təhlükəli şəkildə ötməyə çalışdığına görə iki 10 saniyəlik cəza almış, nəticəcə 6-cı yer ilə kifayətlənmişdi. Ferstappenin tənqidlərə cavabı:
“Mən üçqat dünya çempionuyam, nə etdiyimi bilirəm. Bu məsələ ilə bağlı öz fikrim var, ancaq onu bölüşməyi lazım bilmirəm. Qaydalar? Düşünürəm ki, hər şey belə asan deyil. Bəzən qaydalar sizin xeyrinizə işləyir, bəzən də əleyhinizə”.
Xatırladaq ki, Ferstappen sona 4 mərhələ qalmış ən yaxın izləyicisi Norrisi 47 xal qabaqlayır.