Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə İslam Təşkilatı (ISESCO) noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29 İqlim Konfransının işində fəal iştirak etməyi planlaşdırır.
"Operativ Media" xəbər verir ki, bu barədə qurumun press-relizində deyilir.
Qeyd olunub ki, ISESCO təkcə tədbirin əsas proqramında deyil, həm də "mavi zona"dakı pavilyonu ilə təmsil olunacaq.
ISESCO pavilyonunda iqlim dəyişikliyinin təhsil, elm, mədəniyyət sahələrinə təsirinə həsr olunmuş 50-yə yaxın müxtəlif tədbir keçiriləcək. Bildirilir ki, ISESCO-nun COP29-da iştirak edəcək nümayəndə heyətinə sektor, departament rəhbərləri və ekspertlərin müşayiəti ilə baş katib Səlim Əl-Malik rəhbərlik edəcək.