AZ

Konstantin Ernst Stiv Cobsu Hitlerlə müqayisə etdi

Rusiyanın "Birinci Kanal"ının baş direktoru Konstantin Ernst "iPhone"un bəşəriyyət üçün son dərəcə təhlükəli olduğunu bildirib və "Apple"ın qurucusu Stiv Cobsu Adolf Hitlerlə müqayisə edib.

hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, bunu Ernst "Gələcəyin yaradılması" beynəlxalq simpoziumunda çıxışı zamanı deyib.

Onun fikrincə, "iPhone"un yaradılması indi insanların aylarla, hətta illərlə valideynlərinin yanına getməməsinə səbəb olub. K.Ernstin sözlərinə görə, hazırda hətta zənglər də aktuallığını itirir və yazılarla əvəz olunmağa başlayır.

"Şəxsən mənim üçün Stiven Cobs Adolf Hitlerin olduğu personajlar cərgəsindədir", - "Birinci Kanal"ın direktoru bildirib.

Seçilən
11
1
hakimiyyet.az

2Mənbələr