AZ

Məhkəmə mülki cavabdehə və ya onların nümayəndələrinə belə qaydada məlumat verir

Məhkəmənin icraatına müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin daxil olması və məhkəmənin hazırlıq iclasının keçirilməsi barədə məhkəmə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, habelə dövlət ittihamçısına (cinayət təqibi ictimai və ya ictimai-xüsusi ittiham qaydasında aparıldıqda), zərər çəkmiş şəxsə, xüsusi ittihamçıya (cinayət təqibi xüsusi ittiham qaydasında aparıldıqda), mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə hansı qaydada məlumat verdiyi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Məhkəmənin icraatına müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin daxil olması və məhkəmənin hazırlıq iclasının keçirilməsi barədə məhkəmə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, habelə dövlət ittihamçısına (cinayət təqibi ictimai və ya ictimai-xüsusi ittiham qaydasında aparıldıqda), zərər çəkmiş şəxsə, xüsusi ittihamçıya (cinayət təqibi xüsusi ittiham qaydasında aparıldıqda), mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə aşağıdakı qaydada məlumat verir:

– cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsinə ən azı 7 (yeddi) gün qalmış müddətdə;

– məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsinə ən azı 3 (üç) gün qalmış müddətdə.

Seçilən
23
heftelik.az

1Mənbələr