AZ

Həmas Misirin Qəzza ilə bağlı sülh təklifini rədd edib

Həmas yaraqlıları Qəzza zolağında qısamüddətli atəşkəs və 4 girovun azad edilməsinə razı olmayıblar. Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

Qeyd olunur ki, dünən ABŞ Xarici İşlər Nazirliyinin rəhbəri Misirin xarici işlər naziri Bədr Abdelatti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

"Dövlət katibi Qəzzada müharibənin dayandırılmasının, bütün girovların azad edilməsinin təmin edilməsinin və humanitar yardımın artırılmasının və stabil şəkildə çatdırılmasının vacibliyini vurğulayıb", - deyə ABŞ Dövlət Departamenti bildirib.

Eyni zamanda, Blinken qeyd edib ki, HƏMAS “atəşkəsi təmin etmək və Qəzza sakinlərinə kömək etmək üçün hətta məhdud sayda girovları azad etməkdən belə imtina edib”.

Oxuməni.az

Seçilən
18
2
oxumeni.az

5Mənbələr