AZ

AĞIRLIQQALDIRANLARIMIZ VƏTƏNƏ UĞURLARLA QAYITDI

 Azərbaycanın ağırlıqqaldıranları ötən gün Polşadan Vətənə qayıdıblar...

Tezadlar.az xatırladır ki, Polşanın Rassizn şəhərində gənclər arasında ağırlıq qaldırma üzrə keçirilən Avropa çempionatında Azərbaycan idmançıları gücünü sınayırdı. Azərbaycan Ağır Atletika Federasiyası Göyəzən Ağır Atletika Klubunun rəhbəri Azər Əlizadə "Təzadlar"a bildirdi ki, idmançımız Ravin Alməmmədov 81 çəkidə gücünü sınayaraq birdən qaldırmada qızıl, təkanla qaldırmada isə gümüş medal qazanıb. Ravin Alməmmədov Azərbaycan Ağır Atletika Federasiyası Göyəzən Ağır Atletika Klubunun (klubun rəhbəri Azər Əlizadədir) təmsilçisidir. Qasım İsmayılov isə 67 kq çəkidə 2 bürünc medala sahib olmaqla, təkanla və sürətlə qaldırmada bu uğurlara imza atmışdır.

A.Əlizadə onu da bildirdi ki, gənclər və 23 yaşadək gənclər arasında keçirilən Avropa birinciliyində uğurla çıxış etmiş Azərbaycan ağırlıqqaldıranı Əli Şükürlü Avropa çempionatında 2 bürünc, 1 gümüş medal qazanıb. 

 Ə.Şükürlü birdənqaldırmada 173 kq nəticə göstərərək gümüş medalını qazanıb. Təkanlaqaldırmada 201 kq ağırlığı başı üzərinə qaldıran idmançı bu dəfə bürünc medala sahib olub. Ə.Şükürlü toplamda da "üçlüy"ə düşməyi bacarıb. O, 374 kq (173+201) nəticə ilə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Beləliklə, Azərbaycanın ağırlıqqaldırma üzrə yığma komandası ağırlıqqaldırma üzrə gənclər və U23 arasında Avropa birinciliyində 2-si qızıl, 4-ü gümüş, 6-sı bürünc olmaqla ümumilikdə 12 medal qazanıb. Həmçinin  Azərbaycan Ağır Atletika Federasiyası Göyəzən Ağır Atletika Klubunun Üzvü Ravin Alməmmədov və Federasiyanın üzvü Ömər Cavadov qızıl medala sahib olublar.

İdmançılarımızı bu böyük uğurlarına görə təbrik edirik.

A.Məmmədli

Seçilən
38
tezadlar.az

1Mənbələr