Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən ötən ay 174,4 milyon dollar məbləğində vəsait satılıb.
News24.az Metbuat.az-a istinadən xəbər verir ki, bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 13,9 faiz (28,2 milyon dollar) azalma deməkdir.
Qeyd edilən göstərici sentyabr ayı ilə müqayisədə isə 4,2 dəfə azdır.