"Duty free"nin qaçaqmalçılıqda təqsirli bilinən 3 satıcısının cinayət üşi üzrə məhkəmə başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə qaçaqmalçılıqda təqsirləndirilən Səbinə Əliyeva, Kəmalə Məmmədova və Səbinə Nəsibovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxslər barəsində qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb. Hər üç qadın barəsində ibtidai istintaq dövründə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə məhkəmənin baxış iclası noyabrın 19-na təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Bakıda Hava Limanında "Duty free" mağazasında satıcı işləyiblər. Onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Cinayət işi üzrə zərərçəkmiş qismində Dövlət Gömrük Komitəsi tanınıb.