19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası noyabrın 6-dan 9-dək Bakıda təlim-məşq toplanışı keçəcək.
QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, U-19 noyabrın 10-dan 20-dək Moldovanın paytaxtı Kişinyovda Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. 7-ci qrupda yer alan millimiz İslandiya, İrlandiya və Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Komandaya dəvət edilən futbolçular aşağıdakılardır:
Qapıçılar: Sadiq Məmmədzadə ("Qarabağ"), Səlim Həşimov "(Zirə")
Müdafiəçilər: Hüseyn Hüseynov ("Turan Tovuz"), Nihad Əliyev, Emil Bünyadzadə, (Hər ikisi "Qarabağ"), Kənan Feyziyev, Nadir Orucov (Hər ikisi "Sumqayıt"), Məhəmməd Məmmədli ("Neftçi"), Surxay Nəbiyev ("Sabah")
Yarımmüdafiəçilər: Qədir Ramazanov ("Qəbələ"), Elgün Dünyamalıyev, Şahin İbrahimov, İlkin Cəfərli (Hamısı "Sabah"), Sənan Muradlı, Nahid Əhmədzadə (Hər ikisi "SUmqayıt"), Əşrəf Ələkbərli, Himət Cəbrayılzadə (Hər ikisi "Qarabağ"), Murad Məmmədov ("Neftçi")
Hücumçular: Həsən Nəzərli ("Ankaragücü, Türkiyə), Nihad Orucəli ("Sumqayıt")