AZ

İsrail daha 20 mülki şəxsi öldürüb, çoxsaylı yaralı var - Foto

İsrail

İsrailin Qəzzanın şimalındakı Beyt Lahyada bir evə hücumu nəticəsində ən azı 20 nəfərin öldüyü, çox sayda insanın yaralandığı bildirilir.

Reyting.az
xəbər verir ki, bu barədə Fələstin mediası yazıb.

Dağıntılar altında qalan mülki şəxslərin xilas edilməsi üçün işlərin davam etdiyi bildirilir.

Beyt Lahya səhər saatlarında yenidən İsrail ordusunun hədəfində olub və iki evə təşkil edilən hücumlarda ən azı 7 nəfər həyatını itirib. Çox sayda insanın yaralandığı açıqlanıb.

Ancaq hədəfə alınan evlərin mənşəyi, kimə məxsus olması və ya kimlərin ondan istifadə etməsi barədə məlumat verilməyib.



V. QULİYEV
Seçilən
27
reyting.az

1Mənbələr