AZ

Keremə 100 milyonluq müqavilə -

"Benfika" klubu uğurlu oyun nümayiş etdirən Kerem Aktürkoğlu ilə bağlı hərəkətə keçib. Metbuat.az xəbər verir ki, "Benfika" Avropa nəhənglərinin diqqətində olan futbolçuya yeni müqavilə təklif etmək istəyir. Portuqaliya mətbuatında yer alan xəbərə görə, klub futbolçunun sərbəst qalma maddəsini dəyişmək istəyir. "Benfika"nın Keremin müqaviləsindəki 60 milyon avroluq sərbəst qalma şərtini 100 milyon avro etmək istədiyi vurğulanır.

Qeyd edək ki, "Benfika" "Qalatasaray"dan transfer etdiyi Kerem Aktürkoğlu ilə 2029-cu ilə qədər müqavilə imzalayıb. "Benfika"da 9 matçda forma geyinən Kerem Aktürkoğlu 8 qol vurub, 4 məhsuldar ötürmə edib. Futbolçu ilə bir sıra Avropa klublarının maraqlandığı deyilir.

Seçilən
12
metbuat.az

1Mənbələr