AZ

HƏMAS və Fəth heyəti Misirdə bir araya gəldi

Misirdə HƏMAS və Fəth heyəti bir araya gəlib. Sözügedən görüşdə İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzzaya davamlı hücumları müzakirə edilib.

Turkustan.az xəbər verir ki, Fələstin prezidenti Mahmud Abbasın başçılıq etdiyi Fəth heyəti və HƏMAS nümayəndə heyəti Misirin paytaxtı Qahirədə bir araya gəlib. Görüşdə İsrailin Qəzza zolağına davam edən hücumları və milli birlik istiqamətində atdığı addımlar müzakirə olunub.

HƏMAS Siyasi Bürosunun üzvü Usamə Həmdan açıqlamasında, "Misirin səxavətli dəvəti ilə Fəth hərəkatındakı qardaşlarımızla görüş keçirildi. Başda Qəzza müharibəsi və milli birliyə doğru atılan addımlar başda olmaqla müxtəlif milli mövzular müzakirə edildi" dedi.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
1
1
turkustan.az

2Mənbələr