AZ

Britaniyanın bu şirkəti Türkiyədə fəaliyyətini dayandırıb

Britaniyanın BP şirkəti 112 ildən sonra Türkiyədə fəaliyyətini dayandırıb. 

News365.az xəbər verir ki, 2023-cü ilin noyabrında imzalanan müqavilə ilə Britaniyanın BP şirkəti Türkiyədə fəaliyyət göstərən 770 yanancaqdoldurma məntəqəsini “Petrol Ofisi” şirkətinə təhvil vermək qərarına gəlib. 

"Petrol Ofisi" keçən il imzalanan müqavilədən sonra yanacaqdoldurma məntəqələrinin müddətinin başa çatdığını elan edib.  1912-ci ildən Türkiyədə xidmət göstərən İngiltərənin tanınmış neft şirkəti 112 ildən sonra Türkiyə bazarı ilə vidalaşıb.

Seçilən
1
4
news365.az

5Mənbələr