AZ

Netanyahunun ofisindən məlumat sızdı: 4 nəfər saxlanıldı - FOTO

İsrailin baş naziri Binyamin Netanyahunun köməkçiləri xarici mətbuata baş nazirlikdən məxfi məlumatlar sızdırıblar.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, İsrail mediası baş nazir Binyamin Netanyahunun ofisindən gizli sənədlərin sızması ilə bağlı şübhəli 4 nəfər saxlanılıb.

Məlumat və sənədlərin bəzilərinin açıq yalan, bəzilərinin isə təhlükəsizlik məlumatlarını ehtiva etdiyini bildirib. Əsas şübhəli həbs müddəti uzadılan baş nazirin müavini Eliezer Feldstein olub. Həbs edilən digər üç nəfərin adı hələ açıqlanmayıb.

Məhkəmədən verilən açıqlamada bildirilib ki, Netanyahunun ofisindən sızıntılar "İsrailin təhlükəsizliyi və Qəzzada məhbusların azad edilməsi ilə bağlı ciddi narahatlıqlar yaradır.

Nərmin Mahmudova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
18
milli.az

1Mənbələr