AZ

Azərbaycanda vəzifəli şəxs cərimələndi

Azərbaycan Mərkəzi Bankı "AzPul" MMC bank olmayan kredit təşkilatını (BOKT) və onun vəzifəli şəxsini cərimə edib.

Musavat.com bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun apardığı kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2, 598.1.6-ci maddələrinə müvafiq olaraq "Azpul" və onun vəzifəli şəxsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə müvafiq olaraq 50 min manat və 10 min manat cərimələnib.

Seçilən
24
17
musavat.com

10Mənbələr