Bakı. Trend:
Cari ilin ilk üç rübü ərzində Cənubi Qafqaz Boru Kəməri (CQBK)üzrə əməliyyat xərcləri təqribən 60 mln. dollar, əsaslı xərclər isətəxminən 13 mln. dollar olub. Bu da ötən il ilə müqayisədə müvafiqolaraq 22,4% və 2,9 dəfə artıb.
Trendbu barədə BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilinüçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbərverir.
Məlumata görə, ilin ilk üç rübü ərzində CQBK-nin ixrac üçüngündəlik orta ötürücülük gücü 61,7 mln. kubmetr olub.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib vəAzərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CənubiQafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isəkommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci iliniyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarlarıbunlardır: BP (operator – 29,99%), SGC (Cənub Qaz Dəhlizi, 21,02%),LUKOIL (19,99%), TPAO (19%) and NICO (10%)