Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tabeliyindəki Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, professor Hüseyn Qaraşov vəzifəsindən azad edilib.
Bakıvaxtı.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, bununla bağlı AHİK-in sədri Sahib Məmmədov əmr imzalayıb.
Hüseyn Qaraşov bu gün kollektivlə vidalaşıb.
Sahib Məmmədovun digər əmri ilə akademiyanın rektoru vəzifəsi Nurəngiz Mikayılovaya həvalə olunub.
Qeyd edək ki, N.Mikayılova AƏSMA-nın prorektoru vəzifəsində çalışıb.