Bakı. Trend:
2024-cü ilin ilk üç rübü ərzində "Şahdəniz" üzrə fəaliyyətlərətəxminən 1 milyard 780 milyon dollar əməliyyat xərcləri və təxminən582 milyon dollar əsaslı xərclər çəkilib. Bu, ötən il iləmüqayisədə müvafiq olaraq 2,42 faiz artım və 10,87 faiz azalmademəkdir.
Trendbu barədə BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilinilk üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadənxəbər verir.
Məlumata görə, bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2”layihəsinə aid olub.
Üçüncü rüb ərzində “Şahdəniz” yatağından Azərbaycan(Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞşirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə vəAvropadakı alıcılara qaz çatdırılması davam edib.
İlin ilk doqquz ayında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və“Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 20 milyardstandart kubmetr qaz və 3 milyon tondan çox (təqribən 26 milyonbarel) kondensat hasil edilib.
Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündətəxminən 80,7 milyon (ildə təqribən 29,5 milyard) standartkubmetrdir.
Hesabata görə, bu ilin üçüncü rübündə “Şahdəniz 2” layihəsiçərçivəsində aparılan işlər şərq-şimal cinahından üçüncü quyununişə salınması istiqamətində irəliləyib.
Xankəndi sualtı tikinti gəmisi hazırda istismarda olan bütün“Şahdəniz 2” və “Azəri-Çıraq-Günəşli” sualtı hasilat obyektlərinətexniki xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi işlərə dəstəkverməyə davam edib. Regionda tətbiq edilən vahid gəmistrategiyasına uyğun olaraq Xankəndi gəmisi dənizdəki bütüntikinti, quraşdırma, müayinə, təmir və texniki xidmət işləri vəfövqəladə hallara cavab tədbirləri üçün əsas gəmi kimi istifadəolunur ki, bu da bp və tərəfdaşlarının əməliyyatlarının dahatəhlükəsiz və daha səmərəli olmasına xidmət edir.
Qeyd olunub ki, “Şahdəniz 2” layihəsi çərçivəsində görülən işlərXənkəndi gəmisinin əsas iş həcmi olmaqda davam edir. Burada əsasdiqqət layihə üzrə qalan quyuların təhvil verilməsinə yönəldilib.Gəmidən və qazma qurğularından səmərəli istifadəni təmin etməkməqsədilə fəaliyyətlərin optimallaşdırılması və quyuların işəsalınması müddətinin sürətləndirilməsi üçün inteqrasiya olunmuşqrafik hazırlanıb.
Həmçinin üçüncü rüb ərzində “Şahdəniz Alfa” platformasından quyuqazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusundaprofilaktik işlər aparılıb.
İstiqlal və Heydər Əliyev qazma qurğuları “Şahdəniz 2” layihəsiçərçivəsində quyular üzrə işləri davam etdirib. İstiqlal qazmaqurğusu şərq-şimal cinahında SDH02 quyusu və qərb-şimal cinahındaSDF02 quyusu üzərində işlər həyata keçirib. Heydər Əliyev qazmaqurğusu qərb cinahında SDD05 quyusunun qazma işlərini davametdirib.
Ümumilikdə “Şahdəniz 2” çərçivəsində 21 quyu qazılıb. Bunlarayatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu,şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu vəşərq-şimal cinahında üç quyu daxildir.