AZ

Sənədləşdirmə ilə bağlı YENİLİK: Bu ərazidə torpaqlar KƏSKİN BAHALAŞACAQ

Xəbər verdiyimiz kimi, Azərbaycanda torpaqların məqsədli təyinatının dəyişdirilməsi üçün 2 əsas müəyyən edilib. Bu “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”da öz əksini tapıb.
 

MÖVZU İLƏ BAĞLI:

Yaşadığı ünvan üzrə qeydiyyata DÜŞMƏYƏNLƏR - Kirayədə qalanlar sənədləşdirmə üçün nə etməlidirlər?


Həmin əsaslar ərazilərin planlaşdırılması ilə bağlıdır. 

Yəni torpaqların münbitlik göstəriciləri, əkinəyararlılıq vəziyyəti, meliorasiya və irriqasiya sistemlərinin mövcudluğu nəzərə alınmaqla və kənd təsərrüfatı yerlərindən daha səmərəli istifadə edilməsi üçün torpağın keyfiyyətinin yaxşılaşdırılmasına zəmin yaratmaqla, torpaqlardan məqsədli təyinatına uyğun istifadə istiqamətinin dəyişdirilməsi zərurəti ilə bağlı yaranan hallar və s. kimi məsələlər fərmanda öz əksini tapıb.

Bəs, yeni qaydalar daşınmaz əmlak bazarına necə təsir edəcək?

Məsələyə daşınmaz əmlak üzrə ekspert Elnur Azadov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki,  Bakı şəhəri ətrafında olan kənd təsərrüfatı təyinatlı torpaqların bir hissəsi ötən əsrin 90-cı illərində ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən  mülkiyyət əsasında 49 və 99 illik icarəyə götürülüb:

“Belə torpaqların həcmi kifayət qədər çoxdur. Amma sonrakı illərdə kənd təsərrüfatı təyinatlı torpaqların bir çoxunda digər təyinatlı obyektlər inşa olunub. Bəllidir ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda heç bir tikinti quraşdırma işləri aparmaq olmaz.

Hazırkı dəyişikliyə əsasən eyni təyinatlı torpaqlarda müəyyən tikinti quraşdırma işlərinin aparılmasına icazə verilir. Artıq həmin torpaqlarda inzibati binalar, emal müəssisəsi, istixanaların və digər obyektlərin tikintisi mümkün olacaq. Beləcə, kənd təsərrüfatı təyinatlı torpaqlarda hər hansı bir tikintinin aparılması üçün ilkin əsas yaradılır.


Digər vacib məqam odur ki, kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının dəyişdirilməsi prosesi də sadələşdirilib. Daha əvvəlki kimi mülkiyyətçi müxtəlif dövlət qurumlarına yox, birbaşa Nazirlər Kabinetinə müraciət etməklə torpağın təyinatını dəyişdirə biləcək”.

"Bu evlərin sənədləşdirilməsi mümkün olacaq"

Müsahibimiz onu da xüsusi olaraq qeyd edib ki, yeni qaydalar imkan verəcək ki, kənd təsərrüfatı təyinatlı torpaqların üzərində bu vaxtadək tikilən obyektlərin sənədləşdirilməsi mümkün olsun:

“Eyni zamanda, kənd təsərrüfatı təyinatlı torpaqlardan digər məqsədlər üçün istifadəyə hüquqi əsas yaradılacaq. Bu da o deməkdir ki, Abşeron yarımadasında torpaqların qiyməti kəskin bahalaşacaq. Çünki bu vaxtadək torpaqların təyinatının dəyişdirilməsindəki çətinliklər imkan vermirdi ki, həmin torpaqlardan başqa məqsədlər üçün istifadə edilsin. Artıq heç bir əngəl qalmayıb. Bu da əmlak bazarında yeni canlanma yaradacaq”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
19
1
bizim.media

2Mənbələr