AZ

Azərbaycanda bu həkimlır rüşvətlə "cərrah" olublar? — Tanınmış teleaparıcı SENSASSİON SİYAHI YAYDI

Azərbaycanda 30 min manat rüşvət verib bir gecədə ixtisas dəyişən həkimlərin siyahısı tərtib edilib. 

Demokrat.az
xəbər verir ki, bu barədə ABŞ-da yaşayan azərbaycanlı telejurnalist Qənirə Ataşova sensasion siyahı yayıb. 

Qənirə Ataşova qeyd edib ki, onların arasında məşhur həkimlər də var:

"2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunub. Qanuna əsasən, rezidenturanı bitirməyənlər ixtisaslı həkim ola bilməz. Amma təqdim etdiyim siyahıdakı həkimlərin heç biri estetik cərrahiyyə üzrə rezidentura təhsili almayıb. Sual yaranır-bes necə oldu ki, bu adamlar bir gecədə estetik cərrah oldular? 

Cavab sadədir, əziz oxucu. Səhiyyə Nazirliyinə bir "səmimi" rüşvət - düz 30 min manat! ödəyib, "möcüzəvi şəkildə” ixtisas dəyişdirmək mümkündür". 

Telejurnalist qeyd edib ki, 30 min manata nazirlik dövlətin möhür və imzasını belə "hədiyyə" edir. Nə deyək, məbləğ o qədər "ucuzdur" ki, insanın az qala ürəyi ağrıyır. 



Bu möhtəşəm sertifikatın qiymətini niyə 500 min manat etməyiblər? Axı, peşəkar fırıldaqlar daha bahalı olmalıdır, elə deyilmi? 

Əlbəttə, saxta cərrahlarımızda özlərini daha da inandırıcı göstərmək üçün xaricdə qısamüddətli kurslara qatılırlar. Təsəvvür edin, gedib bir-iki gün xaricdə "təhsil" alır, sonra isə böyük fəxrlə geri qayıdıb, "Beynəlxalq Sertifikatlı Estetik Cərrah" olduqlarını iddia edirlər. Amma diqqət edin, bu kurslar adi izləyiciləri də qəbul edir. Yəni, istəsəniz, siz də gedib orada oturub "beynəlxalq mütəxəssis" kimi özünüzü hiss edə bilərsiniz! Nə gözəl bir dünya, deyilmi".

Qənirə Ataşova əlavəmedib ki, sözügedən həkimlərin siyahısını yaymaqda məqsədi heç kimi gözdən salmaq deyil:

"İstəyirəm insanlarımız belə "müasir" və "asan" yolla estetik cərrah olan həkimlərə aldanmasın. Əgər əməliyyat etdirmək istəyirsinizsə, seçdiyiniz həkimin təhsilini və peşəkarlığını diqqətlə araşdırın. Axı, sağlamlığınız ucuz saxta sertifikatlardan daha qiymətlidir, elə deyil? 

Hə, sənədlərdəki imzanın müəllifləri Səhiyyə Nazirliyinin Elm ve tehsil şöbesinin müdiri Səidə Rüstəmova və nazirin müavini İlqar Qasımovdur".

Demokrat.az həmin siyahını təqdim edir: 







Əfsanə Kamal
Demokrat.az
Seçilən
65
5
demokrat.az

6Mənbələr