AZ

İranda üç casus edam olunacaq

"İran məhkəməsi 2020-ci ilin noyabrında ali iranlı alim Möhsün Fəxrizadənin qətlində istifadə olunan avadanlıqları əldə etməkdə təqsirli bilinən üç nəfəri edam cəzasına məhkum edib".   

News365.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran Ədliyyəsinin sözçüsü Əsgər Cahangir deyib.  O, bildirib ki, İran təhlükəsizlik qüvvələri müxtəlif vilayətlərdə casusluq elementlərini izləyir və Qərbi Azərbaycan əyalətinin şimal-qərbində 8 nəfəri həbs edib. 

Sözçü bildirib ki, məhbuslardan üçü sionist rejim üçün casusluq ittihamı ilə mühakimə olunub və Fəxrizadənin qətlində istifadə olunan avadanlığın - spirtli içkilərin qaçaqmalçılığı adı altında İrana keçirilməsində təqsirli bilinərək edam cəzasına məhkum ediliblər. 

Qeyd edək ki, iranlı alim Möhsün Fəxrizadə 27 noyabr 2020-ci ildə Tehranın şərqindəki kiçik bir şəhərdə sui-qəsd nəticəsində öldürülüb.

Seçilən
14
1
news365.az

2Mənbələr