AZ

"738,7 milyon dollarlıq xüsusi satışın 76,4%-ni Mərkəzi Bank, 23,6 %-ni Neft Fondu təmin edib"

Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrda xarici valyutada dövlət xərclərinin icrasını dəstəkləmək məqsədilə 424 milyon ABŞ dollarlıq xüsusi satış həyata keçirib.

Bu barədə AMB-dən bildirilib.

"Bu ilin oktyabr ayında Mərkəzi Bank Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 738,7 milyon ABŞ dolları məbləğində satış həyata keçirib. Bunun, 23,6 %-ni və ya 174,4 milyon ABŞ dollarlıq hissəsini ARDNF təmin edib.

Hərraclarda satılan valyuta ilə Neft Fondunun açıqladığı rəqəm arasında fərqin 424 milyon ABŞ dollarlıq hissəsi xarici valyutada dövlət xərclərinin icrasına dəstək məqsədilə Mərkəzi Bankın xüsusi satışı ilə əlaqədardır", - AMB aydınlıq gətirərək qeyd edib.

Bildirilib ki, bundan əlavə, valyuta satışlarının həyata keçirilməsi prosesinin xüsusiyyətlərini nəzərə alaraq, hansısa ayın sonuna ARDNF-in satışı ilə hərraclarda satılmış valyuta arasında fərq ola bilər.

"Belə ki, ilkin mərhələdə Neft Fondu xarici valyutanı Mərkəzi Banka satsa da, hərraclarda valyuta satışı növbəti dövrə təsadüf edə bilər. Cari ilin oktyabr ayında hərraclarda satılmış vəsait ilə Fondun açıqladığı rəqəm arasındakı fərqin yuxarıda qeyd olunan xüsusi satışdan əlavə hissəsi ARDNF tərəfindən sentyabr ayında satılmış vəsaitin oktyabr ayında banklara satılması ilə əlaqədardır”, - AMB bildirib.

© “Report”

Seçilən
8
11
marja.az

10Mənbələr