“Nürnberq”in baş məşqçisi Miroslav Kloze futbolçusu, Azərbaycan millisinin üzvü Mahir Emreli haqqında növbəti dəfə danışıb.
Titul.az xəbər verir ki, mütəxəssis 27 yaşlı forvardın 2-ci Bundesliqanın 11-ci turu çərçivəsində “Hamburq”la görüşdəki oyununu dəyərləndirib.
Mahir bu qarşılaşmada komandasını məğlubiyyətdən xilas edən qolu vurub. Buna baxmayaraq, Kloze Emrelinin oyunundan razı qalmadığını deyib:
"Məncə, Mahir o qədər də yaxşı oynamadı. O, topla kifayət qədər hərəkət etmədi. Mahir lazımi səviyyədə çevik deyildi".
Qeyd edək ki, Mahir Emreli bu ilin avqust ayında "Nürnberq"ə keçib. O, komandada 7 oyuna çıxıb və 4 qol vurub.
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!